Tanınmış həkim MAAŞINDAN NARAZIDIR  

16:51 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl rəhbərliyi həbs edilən koronaviruslu xəstələrin müalicə olunduğu “Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova sosial şəbəkələrdə aldığı maaşdan narazı qaldığını bildirib.

Hafta.az xəbər verir ki, tanınmış həkim TƏBİB və Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək bunları yazıb:

“Mən işlədiyim klinikada hər gün saysız-hesabsız xəstələrlə işləyirik. Mən 430 manat maaş alıram (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent). Bir övladım BDU-da oxuyur (pulluda), biri də instituta hazırlaşır.

Mənə maraqlıdır, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikada işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır, ya yox.

Xahiş edirəm, bütün həkimlər, zatən iki cəbhədə canımızı qoysaq da, nə xalqın, nə də müvafiq qurumların məhəbbət və hörmətini görmədik.

Dövlət rəhbərliyinə müraciət edək. Bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin. Buradan Rəşad Mahmudova səslənirəm. Buradan ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm. Bu bədbəxt həkimlərin ümidi sizədir”.